top of page

İsdifadə olunan dil

   Dövlət dili – Azərbaycan dilidir. Əhalinin yarıdan çoxu rus dilində sərbəst danışır, çoxları türk, fars, gürcü  və başqa dilləri də başa düşür və danışırlar. Otellərdə, barlarda və firmaların ofislərində ingilis dili yayılmışdır.

  

Sipirtli içicekler

   Bütün restoran və barlarda spirtli içkilər verilir. Bundan başqa, istəyənlər onu çoxsaylı mağazalarda məhdudiyyətsiz ala bilərlər.

İş saatları

    İstirahət günləri adətən şənbə və bazar günləri hesab olunur (əsasən dövlət idarələri üçün), lakin mağazaların və supermarketlərin çoxu hər gün işləyir. İş günü səhər saat 8-9-da başlayır, ticarət obyektləri saat 21-23-də, restoranlar və barlar isə daha gec bağlanır.

Valyuta

    Milli valyuta – manatdır (AZN). 1$ USA=0,7849 AZN (Azərbaycanın Milli Bankının 2012-ci il noyabr ayına olan məzənnəyə görə). Banklar və çoxsaylı mübadilə məntəqələri istənilən valyutanı dəyişə bilərlər. Banklar səhər saat 10-dan axşam saat 17-18-dək işləyir.

Rabitə

    Telefon rabitəsi problemsiz həyata keçirilir. Otellərdə birbaşa beynəlxalq kod rabitəsi və yanaşı orqvasitələri: fakslar, telekslər, kompüterlər, İnternet və s.  vardır. Bir çox özəl agentliklər də İnternet xidmətləri göstərirlər. İctimai telefonlardan istifadə etmək üçün jetonlar metroda və qəzet köşklərində satılır

Tibbi xidmətlər

    Ben bir paragrafım. Kendi metninizi eklemek ve beni düzenlemek için buraya tıklayın. Burası bir şeyler anlatabileceğiniz ve kullanıcılarınıza kendinizle ilgili bilgi verebileceğiniz mükemmel bir konum.

Milli bayramlar

     1-2 yanvar — Yeni il bayramı;

  20 yanvar — Ümumxalq hüzn günü;

  8 mart — Qadınlar günü;

  20, 21, 22, 23, 24 mart — Novruz bayramı;

  9 may — Faşizm üzərində qələbə günü;

  28 may — Respublika günü;

  15 iyun — Azərbaycan xalqının milli qurtuluş günü;

  26 iyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

  8-9 avqust — Ramazan bayramı;

  15-16 oktyabr — Qurban bayramı;

  16 oktyabr — Azərbaycan Respublikası Prezidenti seçkiləri günü;

  9 noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

  31 dekabr — Dünya azərbaycanlılarının həmrəyliyi günü.

 

Bank və valyuta ödəmələri

    

Adətən, malların və xidmətlərin dəyərinin ödənilməsi zamanı milli valyutadan – manatdan istifadə olunur. Odur ki, ölkəyə daxil olarkən ödənişləri nağd pulla həyata keçirmək üçün özünüzlə milli valyuta əskinazları götürməlisiniz. Nağdsız ödənişlərdə isə valyutanız konvertasiya olunacaqdır. Məsləhət görülür ki, valyutanı yalnız nəzərdə tutulan xərclər müqabilində, özü də bankların mübadilə mərkəzlərində və ya bankların özündə dəyişəsiniz, pulu heç vaxt küçələrdə dəyişməyin. Banklarda və  paytaxtın bir çox  yerlərində, habelə digər iri şəhərlərdə, aeroportda yerləşən  məntəqələrdəki mübadilə məzənnələri bir-birindən cüzi fərqlənir. Bəzi otellərin və mağazaların  özlərinin mübadilə məntəqələri olur.  Bakıda banklar 9.00-9.30-dan 17.30-dək işləyir (bəzi banklar gecəyədək, mübadilə məntəqələrinin çoxu isə gecə-gündüz işləyir), əyalətlərdə bankların iş saatları, bir qayda olaraq,  9.30-dan 17.00-17.30-dək davam edir (bəzi banklar müştəri ilə ancaq nahara kimi işləyir).

Kredit kartları ödənişə az-çox böyük paytaxt mağazalarında, otellərdə və banklarda qəbul olunur. Kredit kartlarından istifadə əyalətlərdə də daha geniş istifadə olunmağa başlanmışdır. Regionlarda olan iri mağazalar və turist obyektləri POS-terminallarla təchiz olunduğundan «nağdsız» ödənişləri də qəbul edirlər.

Təhlükəsizlik

   Azərbaycan – regionun ən stabil və təhlükəsiz ölkəsidir. Cinayətkarlıq, demək olar ki, yox dərəcəsindədir, şəhərlərin küçələrində təmizlik və qayda-qanun hökm sürür. 
Azərbaycanlılar qanunlara riayət edən  səmimi xalqdır, onlar özgə adət- ənənələrinə  hörmətlə yanaşırlar. Görünür elə buna görədir ki, turistlər burada özlərini evlərindəki kimi rahat hiss edirlər və ona gör  də təkrar-təkrar bura gəlmək istəyirlər.

Mobil rabitə

    

GSM 900 standartlı mobil rabitəsi bütün ölkə üzrə çox tez inkişaf etməyə başlamışdır. Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir, bunlar Azercell, Bakcell və Azerfondur (Nar Mobile). Rouminq bütün dünyada fəaliyyət göstərən 300-ə kimi operatorun abunəçilərinə müyəssərdir. Ölkənin, demək olar, bütün ərazisi (işğal olunmuş ərazilər istisna olmaqla) mobil rabitə ilə əhatə edilmişdir. Şəhər aparatından mobil şəbəkəyə çıxmaq üçün kod (0)50 və (0) 51{Azercell, GSM-kod 40001, yeddi rəqəmli nömrə }, (0)55 (Bakcell, GSM-kod 40002, yeddi rəqəmli nömrə), (0) 70 və (0) 77 (Azerfon, yeddi rəqəmli nömrə) yığılır.

3G xidmətləri Bakı metropoliteninin nəinki bütün stansiyalarında, habelə tunellərində də yayılmışdır. 3G şəbəkəsinin tətbiqinə Azerfon şirkəti (Azərbaycanda fəaliyyət göstərən üç mobil rabitə operatorlarından birinci olaraq lisenziya alan şirkət) 2009-cu ilin dekabr ayından başlamışdır. 

Lakin tərəqqi bir yerdə dayanmır, odur ki, artıq 2012-ci ilin may ayından mobil rabitə operatoru Azercell LTE texnologiyası  bazasında yüksək sürətli  4G şəbəkəsini istismara buraxdı.

İncəsənət ,Xalca və Kürün aparılması

     

   Əgər siz incəsənət əsərləri, xalçalar və kürü almışsınızsa, onda  sizə aşağıdakıları bilmək lazımdır: 
Xalçalar və xalça məmulatları alarkən sizə Azərbaycan dövlət xalça və xalq tətbiqi sənəti  muzeyində sertifikat almaq lazımdır. Bunun üçün aldığınız xalçanı göstərmək və onun aparılmasına icazə verən sənəd almaq lazımdır. Əks təqdirdə sizə onu ölkədən çıxartmağa icazə verməyə bilərlər. 
   Muzeyin iş rajimi: çərşənbə axşamı-bazar günü saat 09:00-dan 18:00-dək. 
   Sertifikatlar yalnız çərşənbə günləri saat 10:00-dan 13:00-dək verilir. Bir xalça üçün sertifikatın qiyməti – 26 manatdır (verilmə müddəti – 7 gündən sonra). 
    Təcili sertifikatın verilməsi qiyməti (müraciət edilən gün verilir) bir xalça üçün 46 manatdır. Ünvan: Bakı, Neftçilər prospekti,123 A.
Telefon: (+99412) 493-44-17 (şəhər).

   Şəkil və incəsənət əsəri aldıqda, siz Azərbaycanın Milli incəsənət muzeyindən sertifikat almalı olacaqsınız. Bunun üçün həm əsərin özünü, həm də onun foto-şəklini təqdim etmək lazımdır. İcazə sertifikatı olmadığı təqdirdə, aldığınız əsərin aparılmasına gömrük rəsmiləşdirilməsi zamanı icazə verilməyə bilər. 
   Muzeyin iş rejimi: çərşənbə axşamı-bazar günü saat 09:00-dan 18:00-dək.  
   Sertifikatlar yalnız çərşənbə günləri saat 15:00-dan 17:00-dək verilir. Bir incəsənət əsəri üçün sertifikatın qiyməti –15 manatdır (verilmə müddəti – 4-6 gündür). 
   Təcili sertifikatın verilməsinin qiyməti  (verilmə müddəti – 1 gün) 30 manatdır. Ünvan: Bakı, Niyazi küçəsi 9/11. 
Telefon: (+99412) 492-57-89 (şəhər).
   Qeyd etmək lazımdır ki, bir çox satıcılar onlardan alınmış xalça və incəsənət əsərlərinin aparılması üçün icazə sertifikatlarının alınması qayğısını böyük həvəslə öz üzərlərinə götürürlər.
  Alınmış qara kürünün 125 qr. həcmində aparılmasına icazə verilir. Bu malın  Caspian Fish mağazalar şəbəkəsindən alınması məsləhətdir, çünki bazarlarda satan fərdi  satıcılardan alınan malın keyfiyyətinə zəmanət vermək olmaz.

© 2015 Shafi. Abbasov created

 

bottom of page